Eluca Atali
Editoryal
14 Şubat 2026

Xomeyninin Kərbəla yolundakı siğə eşqi

Yazar Eluca Atali
Tüm Arşivi Gör

                     (Və ya qurdun dişinə keçmiş quzu: ”Həyatı tabutda axtaranlar” kitabından Xomeyninin varisi ”Müntəzirinin güzgü ilə söhbəti”indən bir parça.)

        – Bilirəm, ağa siğəyə haqq qazandırır, əks halda o özü... – susub durdu, yarış atlarının uzun məsafəni qoşub çapdıqdan sonra burun pərləri genişlənib, isti havanı bayıra buraxdığı kimi, bu an o da nəfəs alanda, beləcə, burnundan otağa fısıltı qarışıq isti hava dolurdu. – Yox, Müntəziri, yox, bunu ağzına ala bilməyəcəksən. Bunu xatırlasan belə, ağanın qəzəbinə düçar olacaqsan. Əgər deməsən, bəs onda həqiqəti söyləmək eşqin harada qaldı? Siz ağa cənabları İraqda dördyaşlı körpə qızcığazı siğə etməklə bütün İran kişilərinə nümunə oldunuz. Sonra da ölkənin Ali Ruhanisi rütbəsi məqamına yetən kimi o üzdəniraq risaləni yazdınız. “Kişi üç aylıq südəmər körpəyə siğə edə bilər, əgər körpənin atasının izni olarsa və ona zərər toxundurmadan şəhvətini söndürə bilər.” Camaat səs küy qaldıranda, – “Kütlə hələ buna hazır deyil”, – deyə özünüzə bəraət qazandıraraq o risalə kitablarını cümleyi-İrandan yığışdırtdınız. Yalnız Məşhəd şəhərində Rəzəvi kitabxanasında nadir fondda qaldığını kimsə bilməsə də, biz ağalara yeri bəllidir. – O azca susub, kitab dolabına sarı çevrildi, – bir də mənim bu əl-ayaqdan iraq guşəmdə sığınacaq tapıb. 

      Oğruncasına qapıya göz atıb, kimsənin gəlməsindən və ya eşitməsindən ehtiyat edirmiş kimi hərəkətlərini dondurdu. Sükut qorxusuzluq vəd edib, rahatlığını təmin etdikdə, kitab dolabının arxasında yaratdığı özünəməxsus mağaraya yenidən baş vurdu, bu dəfə şüşə cingiltisi yox, kitab xışıltısının eşidilməsi mümkün idi. Nəcəf şəhərinin məşhur din alimi Seyid Hüseyin Əl Musəvinin “Lellahə Sommə Lelatarix” adlı kitabını  əlinə aldı. Ayaq üstə durmağa taqəti qalmamışdı, otaq dumana qərq olur, xəyalən danışdığı adamı indi bir yox, üç eyni formada görürdü. O, israrla gözünü ortadakı adama dikib durdu, çünki zənn edirdi, ətrafdakılar onu ayaq üstə saxlamaqdan ötrü yanında durublar. Döşəməyə nə zaman çökdüyünün fərqinə varmadı, kitabı oxumağa israrlı olduğundan onu əlindən buraxmayıb vərəqlədi: “Xomeyni İraqda olarkən, Ətfiyyə məhəlləsində əslən iranlı olan Seyid Sahib adlı dostunun evinə qonaq getmişdi. O, bizim gəlməyimizdən çox sevindi, rica etdi gecəni onun evində qalaq. İmam Xomeyni onun ricasına əvvəl tərəddüd etdi, ev sahibinə əziyyət vermək kimi arzusu olmadığını dilə gətirdi. İki dost söhbət etdiyi zaman ev sahibinin üç-dörd yaşlı, arıq, cılız qızı otağa girdiyi an, imam uşağı yanına çağırıb, otuzdurduqdan sonra nəcib bir baba nəvazişi ilə onun başını sığalladı. Hiss olunurdu, uşaq yad adamın nəvazişli sığalından qədərincə məmnundur. O üzdən ağa səxavətini də nümayiş etdirib, süfrədəki şəkərdandan bir kişmişli noğul götürüb, uşağa uzatdı. Qızcığaz almağa tərəddüd etdikdə, ağa konfeti onun ətəyinə qoydu (əlbəttə, bunun rüşvət və ya şirnikləndirmə olduğu sonra aşkarlanacaq). Uşaq çox gözəl idi. Nə oldusa, ağa birdən-birə üzgörənliyini yerə qoyub, bu axşam onların qonağı olmağı qəbul etdi. Hər şey qaydasında gedirdi: normal qonaqlar kimi yeyib-içdik, məmləkətimizin gələcəyini də yaddan çıxarmadıq. Təbii, imam xəyalındakı güllü-baharlı İrandan ağızdolusu bəhs etdi, biz də ağzımızı ayırıb, tamaşa etdik. Necə heyrət etməyəsən, bir ölkədə ki, qurdla quzu eyni çəmənlikdə gizlənpaç oynayır? Quzu qorxmur, qurd da daxilində məkr daşımır və təsvir edildiyinə görə, hətta quzuya xoş gəlsin deyə qurd dişlərini öz pəncələri ilə vurub qarnına töküb. Gözlənilmədən imam söhbəti kəsib, qədim dostunun üzünə gülümsədi. Dost da cavab reaksiyası verdikdən sonra imam ölkəsinin gələcəyini qatlayıb, kənara qoyaraq özünün bu gecəsini təmin etməkdən dəm vurdu. Düzü, imamın bu qədər gerçəkliyə sığınacağını təsəvvür etmirdim. Heyrət və çaşqınlıqdan dilim ağzımda qurudu, ürəyim şiddətlə döyünərək az qala bayıra atlanırdı. O, qədim dostundan xahiş etdi ki, qızını bir gecəlik siğə etməsinə izin versin. Ev başıma fırlandı, əbamın ətəyini əlimə yığdım ki, namuslu biri kimi ev sahibi bizi qovacaq, amma hər şey imamın ürəyindəkitək cərəyan etdi. Görünür, imam arzusunu qədim dostunun qeyrətinə hesablamışdı! Adam əlüstü imamın istəyini qəbul etdi, imam özü dodaqaltında bir-iki kəlmə mızıldandı. Gözlərini ciddi-cəhdlə yumdu, məlumdu ki SİĞƏ aləmi ilə əlaqəyə girmişdi. Gözlərini açıb gülümsəyəndə, artıq qızı onun dizinin dibində otuzdurmuşdular. Elə həmin an “Biz yol gəlib yorulmuşuq, izin verin ertədən yataq” – dedi. “Ev sahibi qonağın quludur, qonaq nə buyursa, ev sahibi müntəzirdir!” – dedi, imamın yeni və keçici qayınatası. Əlbəttə, bir dəqiqə əvvəl evin kiçiyinin bir gecəlik imama arvadlıq edəcəyini bildik, amma ev sahibinin də eyni zamanda bizə qul-qaravaş olacağını zənn etmirdim. Yeni “evlənmiş” imam “arvadının” əlindən tutub yan otağa keçəndə, balaca ağlamağa başladı. İmam da şirin dilini işə saldı, onu ovundurmaqdan ötrü, sözsüz ki, burada məmləkətin gələcək qurd ilə quzusunun gizlənpaç oyunu dada çatan deyildi. Çünki quzu qorxurdu və necə də qorxmayaydı ki, qurdun iti dişlərini açıq-aydın gördüyündən anlamamış deyildi ki, o kəsici dişlərin altında yatan iştaha bu gecə onu o dişlərlə parçalayacaq. İran kişisi adına o gecə çox utandım – imam qızla yatdı, bizsə əksinə yuxuya gedə bilmədik. Otaqlarımız iç-içə olduğundan səhərə qədər körpə quzunun mələyib ağlaması, imamınsa əsəbi qışqırıqları bir direl tək qulağımızın içini ovurdu. Bizim ahıl imam bir körpəcənin əlində giriftar qaldığından, o boyda İslam İnqilabını necə bacaracağını götür-qoy edirdim. Sübh azanı səslənəndə, qız çılpaq otağımıza girib “ana-ana” çığırtı-bağırtı ilə qaranlıqda sürü qabağına qaçıb, anasını axtaran quzu kimi bizə ani göz atıb, duruxdu. Mən əlimin işarəsi ilə anasının yatdığı qonşu otağın qapısını ona göstərdim. Yalın ayaqlarını şappıldada-şappıldada marşrutunu davam etdirdi, göstərdiyim otağa üz qoydu. Az keçmiş imam bizim otağa girdi, güman ki, ibadətini edib bitirdikdən sonra vaxtı bitməmiş siğəsini geri qaytarmaq fikrində idi. Mən divara söykənib durdum, o isə yardımçısı Səbrinin üzərindən yorğanı qaldırıb, onun baldırlarının arasını havaladı. Guya Səbrinin dana başından onun kimliyini təyin etmək bu qədər zor imiş ki, onu ayaqlarının arasından kimliyini daha yaxşı müəyyən etdi. Onun hərəkətlərinə göz qoyduğumu anlayanda, asta tonda: “Səbri də buradaymış” – mızıldandı. “Arvadını” itirmiş bu kişi kor-peşman otağına dönərkən, ona ürəyim göynədiyindən səsləyib, uşağın anasının yanına getdiyini bildirdim. 

      İmamın bu işinə çox təəccüb etdiyimdə, o özünə bəraət qazandırmaqdan ötrü yaxşı səslənən kəlmələr ovuna çıxmayıb, sadəcə bunu dedi: “Mən bu qızla seks etməyib, yalnız cinsi ehtirasımı yatırtmaq arzusu ilə şəhvətlə toxunub, cinsi orqanımı onun ombalarına yerləşdirdim”. Qızın atasına üz tutdum: “Sən niyə izin verdin imam Xomeyni qızını siğə etsin?” Utanacağını zənn etdim, qız atası kimi namusu ləkələndiyindən xəcalət çəkəcəyini normal sayırdım, lakin aldığım cavabdan ayaqlarım yerə yapışdı. Nitqimin quruduğunu deməyə lüzum yoxdur, düşünürəm, siz artıq mənim halımı təsəvvür edirsiniz. Dedi: “Mən bu işdən çox sevindim, siğə yolu ilə də olsa, Xomeyni ağaya yaxınlaşmaq şərəfdir, hətta əgər bir gecə olsa belə...” 

     NƏTİCƏ: kitabda bu bir kəlməyə gəlib çatanda o oturduğu yerdən qəddini düzəltdi, sanki bununla böyük din alimi Seyid Hüseyn Əl Musəvinin “Lellahə Sommə Lelatarix” kitabının məğzini dərk etmək istəyirdi. Arada dumanlanmış gözlərini təkrar-təkrar uzun ağ köynəyinin ətəyi ilə silib, o bir cümləyə baxışlarını zillədi. 

      NƏTİCƏ: Elə o zamandan indiyədək – o zaman deyəndə ağeyi imam ibadətindən sonra gəlib Səbrinin yorğanın altını yoxladı, dərin-dərin düşüncəyə qərq oldum, o üzdən ki, heç cürə özüm üçün aydınlaşdıra bilmədim, bu iki ağanın – sigə eşqində olan qonağın və siğəyə körpəsini itələyən ev sahibinin cinsiyyət orqanı beynində yerləşir, yoxsa beyinləri cinsiyyət orqanının yerində bərqərar olub ki, qədim dost kimi anlayışı, bir süfrədə duz-çörək kəsməyi özlərinə şərəf bilməyib, cinsiyyət orqanının şərəfini ondan üstün tuturlar”.   

      Kitabın yazarı, imamın səfər yoldaşı ağeyi Seyid Hüseyn Əl Musəvi bu nəticədən sonra etməyib, tənbəllik bir yox, iki yox, dübbədüz bir səhifə fasiləsiz sual işarəsi qoyub. Yəqin, imkanı olsaydı, düşünürəm, Qum şəhərindən Nəcəfə qədər bu suallarla yol salardı. Binava adamın beyninin sualla yorulduğu bu bir səhifədən məlumdur.

    “Zorakılığın qalib gəldiyi gecə imam güllü-baharlı İranın gələcək təməl daşını atdı!” 

     – Əl Musəvinin müəllifi olduğu iranlı kişisinin üz qarası kitabında qalın mürəkkəblə altını cızdığı bu sətirlər onun uzaqgörənliyindən xəbər verir, imam bir gecə etdiyi xətaya bütün inqilabın bəhrəsini sürütlədi ki, özünə bəraət qazandırsın.  

     Ağa buna etiraz edəcək, bəli, qəti etiraz edəcək. Etiraz etsə belə deməliyəm, vicdanım qarşısında susmağı qəbahət sayıram. Bu yerdə susmaq günaha şərik olmaqdır. Etiraz etməyi bir yana dursun, bəlkə, bu söhbəti açmağıma belə izin verməyib, ağzımın üstündən vuracaq. Sən doğru bildiyin yoldan dönmə, Müntəziri! – özü üçün ədalətli qərar çıxartdığına əminliklə məmnun qaldı.  – Hə, söhbətə necə başlayacam? 

Eluca Atali

Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.

Tüm Makaleleri Görüntüle