Sona Aliyeva
Editoryal
4 Mart 2026

Turan Hərbi Alyansı: Yeni Dünya Nizamında Zərurət

Yazar Sona Aliyeva
Tüm Arşivi Gör

Metni hiçbir kelimesine dokunmadan, sadece konu bütünlüğüne ve akışa göre paragraflara ayırarak aşağıda sunuyorum:

Türk Dövlətləri Təşkilatı son illərdə böyük inkişaf yolu keçib. 2009-cu ildən bu yana Türk Şurası, daha sonra TDT çətiri altında türk dövlətləri böyük yol qət ediblər. İndi qlobal dünyanın sürətlə dəyişən nizamı türk xalqlarını da öz təhülkəsizliyinin ciddi təminatı düşündürür. Fikrimcə, Orta Asiyadan Ön Asiyaya, Anadoluya və Balkanlara qədər uzanan Türk Dünyasının vahid milli təhlükəsizlik konsepsiyası olmalıdır.

Bununla bağlı zaman-zaman fikirlər səsləndirilib. Bəzi hallarda TDT ölkələri ikili, üçlü formatlarda strateji müttəfiqlik, tərəfdaşlıq sazişləri, bəyannamələri də imzalayıblar. Bütün bunlar çox yaxşı və arzuolunan məqamlardır. Amma yaxşı olardı ki, Türk Dövlətləri Təşkilatının vahid strategiyaya söykənən milli təhlükəsizlik konsepsiyası formalaşdırılsın.

Tarix və zaman baxımından da bu artıq yetişib. Yeni dünya düzəni formalaşdırılır. Qlobal masalarda kartlar yenidən paylanır. Hər bir ölkədən tərəfini seçməsi tələb edilir. Hazırda səkkiz ölkəni öz çətiri altında toplayan TDT özü üçüncü qütbə çevrilməlidir. TDT üçüncü qütb yeni dünya düzəninin oyun qurucusuna çevrilməlidir. Çətiri altındakı dövlətlərin təhlükəsizliyini eyni mexanizmlə formalaşdırmalı və icrasını həyata keçirməli, təhdidlərdən sığortalanmaq üçün öz oyunlarını və planlarını qlobal masalara sürməlidir.

Bunun üçün TDT-nin potensialı olduqca böyükdür. Bir milyondan artıq hərbçi onun təhlükəsizliyini təmin etmək iqtidarındadır. NATO-nunun ikinci ən böyük ordusuna sahib Türkiyənin 600 minlik ordusu var. Azərbaycan və Qazaxıstanın canlı hərbi qüvvəsi 350 min nəfərdən çoxdur. Özbəkistan və Macarıstan orduları da son illərdə sürətli inkişaf yolu keçirlər. Bir sözlə, TDT-də təmsil olunan ölkələrin vahid ordu, vahid hərbi alyans yaratmaq imkanları olduqca yüksəkdir. Türkiyə hazırda özü müasir hərbi texniki vasitələrin ürəticisi, istehsalçısıdır. Elə Azərbaycan da son illərdə silah istehsalı baxımından böyük yol keçib.

Fikrimcə, TDT ölkələri hazırda öz vahid milli təhlükəsizlik konsepsiyasını fotmalaşdırıb həyata keçirmək məsələsində çox da ləngiməməlidir. Çünki Türk Dünyası coğrafiyasına qonşu regionlarda vəziyyət heç də ürəkaçan deyil. Hətta bizim iki qonşumuz - İran və Rusiya da müharibə bataqlığında qıvrılır. Bu baxımdan, düşünürəm ki, artıq vaxtdır və Turan Hərbi Alyansı yaradılmalıdır.

Sona Aliyeva

Azerbaycan V. Dönem Milletvekili

Tüm Makaleleri Görüntüle