Hər şey səmada başladı. Təyyarə yerdən yüksəldikcə tanış mənzərələr aşağıda tədricən silinir,dünya sanki eskizə çevrilirdi. Buludların üzərində zaman axır məsafə isə mənasını itirirdi. Yüksəklik artdıqca coğrafiya susur insanın anatomik səsi daha aydın eşidilirdi. Bu yüksəliş yalnız fiziki deyil, eyni zamanda ruhi bir hazırlıq idi. Avropa məkanına açılan bu yol düşüncəmin ritmini dəyişdirən bir astana oldu.
Təsəvvvür gerçəklərlə əvəz olundu. Bəli... İtaliya yolun müəyyən bir nöqtəsində qulağıma pıçıldadı:
-"Xoş gəlmisən, artıq mənimləsən!"
Yerə enərkən hiss olunan dəyişikliyi dərhal adlandırmaq çox çətin idi. Hava daha yumşaq, işıq daha isti çalarlarda idi. Daş döşəmələr keçmişin izlərini daşıyırdı. İtaliayaya xas olan bu özəlliklər, məkanın dili insanı tələsməyə yox, dayanıb baxmağa çağırırdı. Buradakı incəsənət divarların arasında gizlənmir ,əksinə, divarlar özləri dil açıb, danışmaq istəyirdi. Bir heykəlin kölgəsi, bir fəvvarənin səsi ,bir kənarda oturub axan zamanı izləmək...
Keçmişdən uzanan sənət anlayışı muzey çərçivəsindən ayrılıb həyatın özünə qarışmışdı. Coğrafiya ilə hisslər arasında görünməyən bir tarazlıq var, zaman burada sürətlənmir, əksinə, insana özünü dinləmək imkanı yaradır. Səssizlik boşluq deyil,mənanın başqa bir formasıdır.
Bəzən insana elə gəlir ki, bu şəhərlər insan üçün yox, insan şəhərləri görmək üçün yaradılıb.Dar küçələrində dayanıb arxaya baxanda anlayırsan ki, sən sadəcə bir ökədə deyilsən,səni yenidən dünyaya gətirən illərlə övlada həsrət qalan bir ana qucağındasan. Ölkədən apardığın isə adi bir suvenir,boş bir şəkil deyil, yaşamın şüurlu formada olmasını xatırladan bir dəyərdir...
Türkce
Ruhun sanatla konuştuğu mekan
Her şey gökyüzünde başladı. Uçak yerden yükseldikçe tanıdık manzaralar aşağıda yavaş yavaş siliniyor, dünya sanki bir eskize dönüşüyordu. Bulutların üzerinde zaman farklı akıyor, mesafe anlamını yitiriyordu. Yükseklik arttıkça coğrafya susuyor, insanın iç sesi daha net duyuluyordu. Bu yükseliş yalnızca fiziksel değil, aynı zamanda ruhsal bir hazırlıktı. Avrupaya açılan bu yol, düşüncelerimin ritmini değiştiren bir eşik oldu.
Hayal yerini gerçeğe bıraktı. Evet… Yolun belli bir noktasında İtalya kulağıma fısıldadı:
-"Hoş geldin, artık benimlesin!"
Yere inerken hissedilen değişimi hemen adlandırmak zordu. Hava daha yumuşak, ışık daha sıcak tonlardaydı. Taş döşemeler geçmişin izlerini taşıyordu. İtalya’ya özgü bu özellikler, mekânın dilinin insanı acele etmeye değil; durup bakmaya çağırdığını gösteriyordu. Buradaki sanat duvarların arasında saklanmıyor, aksine duvarların kendisi dile gelip konuşmak istiyordu. Bir heykelin gölgesi, bir çeşmenin sesi, bir köşede oturup akan zamanı izlemek…
Geçmişten uzanan sanat anlayışı, müze çerçevesinden çıkıp hayatın kendisine karışmıştı. Coğrafya ile duygular arasında görünmez bir denge vardı; zaman burada hızlanmıyor, aksine insana kendini dinleme fırsatı veriyordu. Sessizlik bir boşluk değil, anlamın başka bir biçimiydi.
Bazen insana öyle gelir ki, bu şehirler insanlar için değil; insanlar bu şehirleri görmek için yaratılmıştır. Dar sokaklarında durup geriye baktığında anlarsın ki, sen sadece bir ülkede değilsin; seni yeniden dünyaya getiren, yıllarca evlat hasreti çekmiş bir annenin kucağındasın. Bu ülkeden yanında götürdüğün şey sıradan bir hatıra ya da boş bir fotoğraf değil; yaşamın bilinçli yaşanması gerektiğini hatırlatan derin bir değerdir.
Nermin Şirvanzade
Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.
Tüm Makaleleri Görüntüle