Eluca Atali
  1. Haberler
  2. Yazarlar
  3. Yusif Dirili Ətraf mühit üzrə tədqiqatçı,tarix üzrə fəlsəfə doktoru

Yusif Dirili Ətraf mühit üzrə tədqiqatçı,tarix üzrə fəlsəfə doktoru

featured
Paylaş

Bu Yazıyı Paylaş

veya linki kopyala

Eluca Atalının ”AĞ GÖYƏRÇİN” inə ekoloji baxış



Eluca Atalının pyeslərində də ətraf mühtə orjinal yanaşma diqqəti cəlb edir. “Ağ Göyərçin” pyesi bu cəhətdən xarakterikdir. Yazıçı hadisələri müharibə fonunda verir və yalnız insanların deyil, heyvanların da bu qanlı-qadalı olayın təsirindən çətinlik çəkdiklərini fərqli bir şəkildə qabardır. O burada ənənəvi təsvir vasitələrindən çox, özünəməxsus piryomlardan istifadə edir. Səkkiz şəkilli pyesin lap əvvəlindən müharibənin təsiri hiss olunur. Ağ Göyərçin adlı quş əsgər məktubları daşıyir. O, sanki odun-alovun içindəki igid oğulların bir anlıq dili olan məktublarla könülləri sevindirir, valideynlər və əsgər oğullar arasında əlaqə yaradır, onların dərdinə şərik olur. Yazıçı bununla təbiət-insan münasibətlərindəki doğmalığı əks etdirir, heyvanlara sevgi aşılayır. Müəllif burada qida əlaqələrinə toxunur. Qara Pişiyin göyərçinə tamah salması, onu yemək üçün izləməsi, quşun isə yalnız canını qurtarmaq naminə deyil, gətirdiyi məktubu sağ-salamat əsgər ailəsinə çatdırmaq sarıdan narahatçılığı oxucuda qəribə duyğular yaradır. Zənnimcə, bu həm də təbiəti sevənlər üçün bir mesajdır. Hər gələn məktub kədərlə doludur, çünki içində qırğın var, viranəlik var, dəhşət var. I Qarabağ Müharibəsinin ağır döyüş meydanlarından olan Ağdamda düşmənlə ölüm-dirim savaşında çarpışan əsgər anasına yazır: “Ana, burda savaşmaq zordur, şəhər yerlə-yeksan olub. Bir tikili belə salamat qalmayıb ki, özümüzə sığınacaq tapaq. Ağac belə yoxdur, təbii, ağac yoxdursa, quşdan danışmağa dəyməz. Quşun qonacağı ağac, yuva quracağı bir dam-daş olmalıdır. (Qadın gəzişə-gəzişə, həyəcanla məktubu oxuyur). Şəhər ruhlar diyarına dönüb! Yalnız xaraba yurdun bayquşları və adda-budda çaqqallar gecələr vahiməli səslərlə ulayırlar (Pauza, qadın məktubu gözlərinə yaxın tutur). Məndən nigaran qalma!!! Güllədən qorunuram. Sorsan necə? Səngər qazıb gizlənərək…” Müəllif müharibənin özəyindən bu dəhşətli anları elə təbii boyalarla verib ki, burda savaşın dağıdıcılıq gücü, qorxunc halları birmənalı şəkildə öz əksini tapıb. Əsərdə ananın doğulduğu torpaqla, vətənlə bağlı arzuları da əks olunub. Ana “Əhd etmişəm Ağdam alınsın, bu buğdayla ordakı dədə-baba yurdumu əkib- toxumladıb, göyərdim. (Üzünü Ağ Göyərçinə tutur). Oğlumdan ilk xəbəri sən gətirdin, al, bir azı sənin olsun!” deyə onu mükafatlandırmaq istəyir. Ağ Göyərçin isə mən xəbəri ərməğansız paylayıram, təmənnasız iş görürəm! – deyir. “Qadın: Al, bu sənin nəsibin olsun! Düppədüz otuz ildir bu toxumu istidən, soyuqdan qoruyuram ki, əkəndə göyərsin. Ağ Göyərçin: Bu toxumun sünbülünü yemək nəsibim olar!” Göründüyü kimi, müəllif əsərin baş qəhrəmanı obrazında təqdim etdiyi Ağ Göyərçin sülhsevər quşdur. “Mən dünyaya sülh sorağını verirəm, dava-şavadan uzaq durmağın tərəfdarıyam.” Bu xarkter neçə yüz illərdir onun qorunmasında mühüm fayda kəsb edib.

       Mənfi surət kimi verilən Qara Pişik obrazı qara qüvvələrin tipik nümayəndəsidir, canlı təbiətin bəzi canlılarına qarşıdır. Onun məqsədi mədəsini doydurmaqdır, məhz buna görə də Ağ Göyərçini daban-dabana izləyir, ovlamaq üçün yollar axtarır. “Düşünürsən, bu təmtəraqlı nitqin mənim ürəyimi yumuşaldacaq?” Ağ Göyərçin: Mən axı kimsəyə ziyan vurmuram! Elə isə niyə məni rahat buraxmırsan? Qara Pişik: “Sənin dediklərin məni doydurmur. Eybi yox, bir gün səni də ovlayaram.” Əlahəzrət təbiətin Ana Yasasıdır, canlı orqanizm necə olsa yaşamalıdır. Pişik yırtıcılıq bacarığı və qidalanma üsuluna görə öz növünün salamatlığın qoruyub saxlayır. Bu, onun əsas keyfiyyətlərindən biridir.

       Quşların sayının azalması həm də süni vasitələrlə həyata keçirilir. Hələ kiçik yaşlarında sapand, quşatan kimi sadə formalı uşaq ov silahları ilə quşları az ovlamamışıq. II şəkildə müəllif bu məsələyə də toxunub. “İki məktəbli əllərində quşatan – əldə düzədilmiş rezinin arasına daş qoyub quşlara atılan xüsusi silahları var.” Çox təəssüf, biz hələ uşaqlıq illərində təbiətin gücsüz heyvanlarına qarşı bu silahlardan az istifadə etməmişik. Bu əsərdə yazıçı maraqlı və orjinal bir üsulla məktəbliləri çəkindirməyə, heç olmasa bu zərərli fəaliyyətlərini səmərəli işə yönəltməyə aparan manevrlərdən istifadə edir. Uşaqlar belə qərara gəlirlər, Ağ Göyərçini məktəbin biologiya dərslərində nümayiş etdirmək üçün yaxşı material ola bilər. ”Bunu tutub biologiya dərsinə aparaq, orda belə bir ağ quş yoxdur. Bunu sinfə aparsaq, müəllim bizə afərin deyəcək.” Quşun tutulması səhnəsi ağrıdıcıdır, onu əvvəl quşatanla yaralayır, sonra torla tuturlar. Bu, istər-istəməz yaşından asılı olmayaraq ətraf mühitə zərər gətirən hər kəsə qarşı nifrət yardır, onu belə hərəkətlərdən çəkindirməyə çağırır.

      Uşaqlar bir quşun öldürülməsinə xırda məsələ kimi baxırlar və bu səbəbdən də dərin narahatlıq keçirmirlər. “Bir quşu yaralamaqla dünya dağılmaz ki…” – deyirlər. Müəllim onlara “Yadınızda saxlayın, təbiətdə bir quş və ya balıq vaxtından əvvəl ölürsə, bu ekoloji problemdir. Hamının borcudur bu problemin həllini düşünsün, əks halda təbiət ziyan çəkər, insansa təbiətin bir hissəsidir.” Müəllim buna əsaslı misallar gətirir “İnsan təbiətin içində yaşayır. Biz, mən, sən, o və bizim ətrafımızda olan bütün canlılar təbiətsiz yaşaya bilməz.” Sonra o, sözünə davam edir: Əllinci illərin sonu Çin zoolloqları hesablayıblar ki, hər il 30 milyon ton taxılı və düyünü lələklilər yeyir. Qərara alırlar, ölkədəki bütün sərçəkimiləri və göyərçinkimiləri qırıb öldürsünlər. Məktəbliləri bu işə səfərbər edirlər. Sapandla, quşatanla quşları vurub öldürür, güclü qışqırtı ilə sərçələrə gün ərzində ağaca qonmağa imkan vermirlər. …Nəticə çox acı olur, taxıl sahələrini parazit basdığından aclıq başlayır, qırx milyon insan aclıqdan ölür. Başa düşürlər, sərçə və göyərçinsiz işləri aşmayacaq.” Müəllim problemin mahiyətini məktəblilərə izah edir. “Çinin ekosisteminə dəymiş ziyanı aradan qaldırmaq üçün yardım lazım idi. O ölmüş quşların yerini doldurmaq üçün Çin sovetdən və Kanadadan quş alır.” Uşaqların tutduqları əmələ görə üzr istəməsi ilə iş bitmir. Müəllimin tövsiyəsi ilə onlar məktəbə gəlib göyərçinin yaralarına məlhəm qoymalı, veteranar həkimə aparmalıdırlar. Onlar düzgün hərəkət etməyib quşu yaraladıqlarını doktora etiraf edirlər. Ancaq quşu həkimə gətirməklə günahlarını yumuş olurlar. Uşaqlar səhvlərini anlayır və həkimin məsləhəti ilə hər gün dərsdən sonra yaralı heyvana baş çəkir, sağalana qədər ona qulluq edirlər ki, tez sağalsın.

      Müəllif əsərdə yaralı Göyərçinin bu vəsiyyətində ona qayğı göstərir və qeyd edir, quşun dərdi yaralanması ilə bağlı deyil. Cəbhədəki vəziyyəti arxaya çatdırmaq, heç olmasa bununla narahatçılığı qismən aradan qaldırmaq istəyidir. O, bununla bir tərəfdən heyvanlarla doğru münasibətdə yaşamağa, həm də onlara qarşı diqqətli olmağa çağırır. Göyərçinin insani hərəkətləri adamları düşünməyə vadar edir. Bu, yazıçının adamları canlı təbiətə bağlamaq istəyi kimi vacib bir məsələni ehtiva edir. Yenə dialoqa baxaq. “Müəllim: Sən bu yaralı halınla necə uçursan? Ağ Göyərçin: Uçmalıydım! Müəllim: Nədən uçmaq zorundasan? Ağ Göyərçin: Necə olar cəbhə xəbərin insanlara çatdırmayım? Əsərə görə göyərçin cəbhə xəttində gördüklərini nəql edir. Məlum olur, uçmaq üçün istiqaməti müəyyənləşdirmək lazımdır, lakin bir əlamət-filan tapmaq mümkün deyil. Evlər dağıdılıb, ağaclar kəsilib, quşlar küsub üz döndərib oralardan… Lakin savaş zamanı istiqaməti müəyyənləşdirmək daha da çətindir, çünki tüstü dumanından günəşi görmək olmur. Bu dialoqda bir maraqlı fikrə də rast gəlirik, bu da heyvanlarda mövcud davranışın və duyğuların psixolgiyası ilə bağlıdır. “Müəllim: Bəs, necə təyin edirsən hara, necə uçacaqsan? Ağ Göyərçin: Anadangəlmə istiqamət duyğum yardımçım olur… “Belə hallarda görünür, qorxu təlaş yaratmaqla duyğu orqanlarında problem yaradır. Ona görə də yazıçı polemikanı bu şəkildə davam etdirir. “Müəllim: Qorxmursan? Ağ Göyərçin:- Qorxmamalıyam! Əgər qorxaramsa, istiqamət duyğum ölər və o zaman savaş meydanına düşüb məhv olaram.” Dialoqun bu hissəsi savaşın, qan-qadanın, müharibələrin mahiyyətini çılpaqlığı ilə açır. “Savaş insanlar kimi heyvanlara da zülm içirdir…”

      Pyesdə kulminasiyanın başlanğıcı kimi əsgər anasına Ağ Göyərçinin gətirdiyi müjdədir. “Ağ Göyərçin: Məktublar bağlı olar, Göyərçinlər də hərfi tanımaz. Yalnız bunu deyəcəyəm, Ağdamda qonmağa ağac olmasa da, lakin səmasından tüstü çəkilib. Qadın: Ah! (Cəld məktubu açır, sevincdən gözləri yaşarır). Ana, sənin şəhərini xilas etdik!” Əslində bu xoş xəbər boyaboy bütün Azərbaycanın, türk dünaysının 30 ildən bəri həsrətlə, həyəcanla gözlədiyi müjdə idi. Quşun gətirdiyi sonuncu xəbər onun fəaliyyətinin məramını təşkil edir. E.Atalı onu məhz belə də verir. “Ağ Göyərçin: Mənim vəzifəm bitdi!” Bu həm də cəmi insanlara, ekoloji problemi doğran hər kəsə qarşı sanki bir protestdir. Müharibə bitir, özü ilə gətirdiyi problemlər də tədricən bitəcək, aradan qalxacaq. Ancaq insanlar daha yeni-yeni ekoloji problemlər yaradacaqlar. “…O yuvadan düşüb bağda yem axtarmğa başlayır. Hər yeri gəzir, axırda bağdakı oturacağın yanında bir yığın kağız, selofan paket, kapron içki qabları görür. İnsanlar hazır yeməkləri yeyib boş qabları ora atıblar.” Günümüzün aktual problemlərindən biri kimi hazırda bütün şəhər və kəndlərimizdə qida qalıqları, məişət və təsərrüfat tullantıları başdan-başa bir zibillik poliqonuna çevrilib. İndi küçələrmizdə, yaşayış binalarının həndəvərində əsl xəstəlik mənbələri formalaşıb. Bəs bunlar necə yaranır? Müəllifin təsəvvür yaratmaq ustalığı özünü burda da biruzə verir. (Zibilliyi ayaqları və qanadları ilə eşib axtarır). Tapdım-tapdım… (Tapdığını yeməyə başlayır).

      Çox dadlıdır. (Qanadları ilə qarnını ovuşdurur). Amma azdır, bir az da yem olsaydı, doyardım…”
      O yenidən atılmış zibilləri eşir. Ağ Göyərçin: (Tapdığı yeməyi o yan-bu yana çevirir). Yumuşaqdır (Dimdikləyir). Bir az da nanə dadı verir. Giləmeyvə ətri gəlir. Meşə giləmeyvələrinin qarışıq dadı… Hııı… Sevdiyim ləziz tam… Dimdikləyib parçalamaq istəyir, parçalaya bilmir. Saqqız dimdiyinə yapışır.
“Ağ Göyərçin: Nə qəribə yeməkdir… Yumuşaqdır, amma didib yeyə bilmirəm” Bu da çox ciddi, həm heyvanlar, həm də insanlar üçün təhlükəyə çevrilən saqqız. Çeynəyib küçəyə tulladığımız saqqız. Rekamlarda deyildiyi və təsvir edildiyi kimi ayaqqabımızın altına yapışaraq mənzillərimizə yol açır. Budur, müəllif Eluca xanım onu təfsilatı ilə belə təqdim edir: -Ağ Göyərçin dimdiyini asfalta sürtərək çox çaba edir saqqızı dimdiyindən kənarlaşdırsın. Yalnız onun bir hissəsi quşun dimdiyindən asfalta yapışır.

       Göyərçin çox əsəbləşir və onun qorxusu getdikcə artmağa başlayır. Saqqızı özündən kənarlaşdırmaq istəyir. Saqqız da quşun arxasınca bir rezin sap kimi uzanıb onunla birgə gedir. Anidən qırılır və quş arxası üstə yerə dəyir, ancaq saqqız yox olmur, yalnız bir parçası onun dimdiyinə dairəvi yapışıb qalır.
       Quş sol ayağı ilə saqqızı özündən kənar etməyə cəhd göstərsə də, lakin bu yumşaq maddənin bir hissəsi o andaca quşun sol ayağına və dırnaqlarına yapışır. Ağ Göyərçinin ayağı yerə yapışır, saqqızın yalnız bir parçası yerdə qalır. O, gözlənilmədən birdən-birə ayağında güclü ağrı hiss edir… “Bu nə yeməkdir? Məni büsbütün yordu, hələ üstəlik ayaqlarımı da bir-birinə yapışdırdı.” “Yenə ayaqlarını yerə sürtməkdə davam edir, lakin saqqız ayağından getmir. Əvəzində parkın asfaltı adda-budda saqqız yapışqanına bulaşır.” Bu da çeynənib küçəyə atılmış saqqız tullantısından yaranan kirlilik. Bundan hərəkətdə olan və ona yapışan bütün canlı orqanizmlər əzab çəkir. Saqqız heyvanın bütün vücudunu nazik sap telləri ilə bürüyür. Bu onu incidir, hərəkətinə mane olur. Həm də azadlığnı məhdudlaşdırır, yeriyə və uça bilmir. Deməli, həm qidalanması çətinləşir, hə də mövcud ekoloji mühiti pisləşdirir. Bildiyimiz kimi, heyvanların bir çoxu sərinləmək və bədəninə bulaşmış yad cisimlərdən xilas olmaq üçün yaxınlıqdakı su çüxurlarından, arxlardan, hövzələrdən istifadə edirlər. Eluca qəhrəmanını belə bir vəziyyətlə qarşılaşdırır və sanki onu ağır yaşayış mühiti ilə mübarizəyə sövq edir. Bu, təsadüfi deyil və təbiətdə buna bənzər hadisələrə çox ras gəlinir. Vəhşi heyvanların bu cür durumlara düşmələri və xilas yolları axtarmaları təbiətdə tez-tez baş verən hadisələrdir. Məsələn, tələyə düşmək, tora ilişmək kimi problemlər vəhşi heyvanlardan qurtuluş yolları axtarmağı tələb edir və onlar buna səfərbər olurlar. “Ağ Göyərçin asfaltın üstündə oturub bu ağır durumdan necə xilas olacağını düşünməyə başlayır. O dimdiklərini yuyub təmizləməkdən ötrü fəvvarənin yanına iməkləyib gedir və ordan bir neçə damcı soyuq su dimdiyinə dəyən kimi dimdiyindəki saqqız daş təki bərkiyir.” Ağ Göyərçin indi əvvəlkindən də artıq güc sərf edirdi, saqqızı özündən kənar etsin. O, özünü unudub suya daha da yaxın gedir və bir neçə dəqiqədən sonra o, artıq fəvvarənin içinə düşür. Onun bədəni buz kimi soyuq olur, zavallı quşcuğaz iməkləyib sudan bayıra çıxır, canına düşən üşütmədən əsməyə başlayır. Belə bir vəziyyətdə quşun uçması da xeyli çətinləşir. Ona yenə insanın yardımı lazım olur. Yazıçı bilərəkdən yenə də məktəbli uşaqları Ağ Göyərçinlə qarşılaşdırır. Hiss olunur ki, uşaqlar təbiət dərsində müəyyən biliklər ədə ediblər. “Artıq onlar bilirlər, qurd-quşun qorxusundan quşlar bağda yerdə yatmazlar.” Göyərçinə elə bu məktəblilərin şıltaqlığı üzündən dəyən zərbə ona mənfi təsir edib, həyat qabiliyyətini azaldıb. Ona görə də quşun gücünü bərpa etmək üçün qucaqlarına alıb heyvan xəstəxanasına aparırlar. Səhvlərini anlayıb həkimin vasitəsi ilə qayğı göstərir, yardım edirlər.

      Sonucda müəllif əsərin mühiyyətini təbiətə xoş münasibət göstərməklə, xüsusi qayğı bəsləməklə nəzərə çarpdırır və iştirakçıların dilindən deyir: Biz təbiətə cavabdehik!!!

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Medyabir Haber Ajansı ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!