Türklük davası və Güney Azərbaycan
Alpaslan Demir
Yazar, tərcüməçi
TÜRKLÜK DAVASI VƏ GÜNEY AZƏRBAYCAN
(Eluca Atalının “İran Hizbullah zindanında” kitabına rəy)
Dünənə qədər bizə “İran” olaraq tanıdılan dövlətin əsas təməlini təşkil edən ünsürlərdən biri və birincisi Güney Azərbaycan türk qardaşlarımızdır. Amma gəlin görək, orda türk varlığının olduğu, o torpaqların 1925-ci ildə Qacar sülaləsi yıxılana qədər yüz illər boyunca türklər tərəfindən idarə edildiyi Türkiyədə yaşayan bizlər üçün əskik olaraq qalmışdır. Çünki ordakı türklərin varlığından bizə heç bir məlumat verilmirdi.
İllərdir tarix dərslərində bizə Qanuni Süleymanla Teymur, Yavuz Sultan Səlim ilə Şah İsmayıl arasında davam edən müharibələrdən, ardınca Osmanlı İmperiyası ilə İran arasındakı sərhədləri müəyyən edən 1639-cu ildə imzalanan Qəsri-Şirin müqaviləsi və o vaxtdan bəri iki ölkə arasında heç bir müharibənin olmaması haqqında məlumat verilirdi. Bununla da ən etibarlı sərhəddimiz şərq sərhəddi oldu. Amma bu sərhəddin o tərəfində canı bir öz türk qardaşlarımızın yaşadığını kimsə söyləmədi. Kimsə anlatmadı tarixdə baş verən böyük meydan savaşlarının əslində iki qardaş millət arasında yaşanan hakimiyyət davası olduğunu. İki böyük türk padişahının bir-biri ilə savaş etmək əvəzinə biri Qərbə, digəri Şərqə yönəlsəydi, cahana hakim olacaqları qüdrətləri vardı. Hədər oldu böyük enerji!
Gəncliyimizdə Güney Azərbaycandan, burada verilən türklük mücadiləsindən, türk qardaşlarımıza tətbiq olunan basqı və zülmdən xəbərsizdik. Coğrafi baxımdan çox yaxın olmağımıza rəğmən mədəni mənada bir-birimizdən çox uzaq qaldıq. Bu isə bu gün İran adlanan ölkədə Güney Azərbaycan torpaqlarında yaşayan soydaşlarımız qanlarıyla, canlarıyla bir mücadilə içərisindədilər.
İmperialist güclərin dəstəyi ilə 1925-ci ildə Qacarlar sülaləsi yıxılaraq qurulan Pəhləvi şahlıq rejimi, daha sonra romanda bəhs edildiyi kimi 1979-1988-ci il İran islam İnqilabı və sonrakı 10 il bu torpaqlarda yaşayan Güney Azərbaycan türkləri başda olmaq üzrə bütün soydaşlarımızı ən təməl haqlardan məhrum etmişdilər.
Ana dilində təhsilin birmənalı şəkildə yasaq olduğu ölkədə türkcə yayın və yayın haqqı da verilməmişdi. Bəli, belə bir zamanda verilən türkçülük mücadiləsini qiymətli yazar Eluca Atalı “İran Hizbullah zindanında” kitabı ilə anladır. Türk dili dərnəyində Ana Dili uğrunda verilən mücadilə ilə hekayə başlayır. Türk dilimiz bizim səs bayrağımızdır, deyərdi Oktay Sinanoğlu. Bir milləti var edən, onu ayaqda tutan dilidir. Dilini itirən millət yox olmağa məhkumdur.
Konfutse “bir milləti yox etmək istəyirsənsə, işə öncə dil ilə başla!” demişdir. Dil bir millətin yaşamasında çörək qədər, su qədər önəmlidir. Güney Azərbaycan türkləri də türklüklərini unutmamaq üçün dillərini öyrənmə və öyrətmə mücadiləsi vermişdilər. Hələ də verməyə davam etməkdədilər.
“İran Hizbullah zindanında” romanı türklük mücadiləsi verilən torpaqlarda yaxın bir keçmişdə olmasına rəğmən haqqında bilgi sahibi olmadığımız həqiqətləri, qanlı hadisələri şəxsən yaşayanları və onların birinci dərəcəli yaxınlarının nəql etdikləri dərdlərlə gün üzünə çıxmışdır. Əslində mövzu etibarı ilə bir mərhələni əks etdirən romandır. Yaxın tariximizə işıq tutan böyük bir əsər! Gücünü içərisindən, anlatdığı hekayələrdən, bu anlatımı zənginləşdirən və hələ də həyatda olan hadisənin şahidlərinin yaşamasından alır.
Sevgili Eluca Atalı, “İran Hizbullah zindanında” romanının yazılış və Azərbaycanda çap olunma müddətini anladaraq bu romanın Türkiyədə yayımlanmasını, türk oxucularına çatdırılmasını çox istədiyini ifadə etdi. Azərbaycanda çap edildikdən qısa bir müddət sonra PDF dosyasını mənə göndərdi. Türkiyə türkcəsinə uyğunlaşdırıb oxuculara çatdırılması məsələsi ilə bağlı birlikdə qərar verdik. Dolayısı ilə romanı Türkiyədə ilk oxuyanlardan biriyəm və bəlkə də ilk oxuyanıyam. Roman mənim tərcüməm ilə Çinaraltı nəşriyyatı tərəfindən 2024-cü ilin may ayında türkdilli oxuculara çatdırıldı. Bu dəqiqə Türkiyənin bütün kitab satılan internet satış sitələrindən əldə etmək olar.
“İran Hizbullah zindanında” kitabını oxuduqda məni ən çox təsirləndirən bölmə “Qanlı orkestr” romanında yer alan Fatmanın “Zindan Gündəlikləri” oldu. Bir gənc qızın türkcə dərgi paylamasından günahlandırılıb zindana düşməsi və orada şahid olduğu hadisələr, məruz qaldığı zülm və işgəncələri zindanda günbəgün yaşananları yazmışdır...
Anladılanlar bir roman olaraq oxunarkən dözüb durmaq mümkünsüzdür. Bəli, bu bir romandır. Mütləqə yazıçı bur miqdar olsa da fantaziyasını əsərdə verməliydi. Amma yaşananlar həqiqətdə olmuş hadisələrdir.
Çox zaman kitabı oxuyanda gözyaşlarıma hakim ola bilmədim. Hətta bir səfərində sevgili Eluca xanıma zəng etdim. Oxuduğum bölməni ona anlatdım. “Mən oxuyarkən dözə bilmirəm. Siz bu sətirləri yazarkən nələri hiss etdiniz?” – deyə sordum. O özü də bu kitabı ağlayaraq, gözyaşları içində yazdığını, redaktor Əntiqə xanım Qonağın da eyni duyğularla kitabı redəktə etdiyini söylədiyini ifadə etdi. Demək ki, gözyaşları ilə yazılan kitablar gözlərdən yaşlar axaraq oxunur. Bunlar çarəsizliyin və ya ümidsizliyin gözyaşları deyildi. Gözyaşına çevrilmiş kədərimiz əslində illərdir soydaşlarımızın məruz qaldığı zülm və işgəncədən xəbərsiz qalmağımızın kədəri idi.
Bu romanı oxuduqca mərhum Səməd Behrəngi və onun ölümsüz əsəri “Balaca qara balıq” kitabı gözümdə canlandı. “Balaca qara balıq”da anladılanları indi daha yaxşı anlayırdım. Səməd Behrənginin o əvəzsiz mücadiləsi zehnimdə tam mənası ilə yerində otururdu. Çünki bu bir azadlıq kitabı idi. Şahlıq rejiminə qarşı verilən türklük mücadiləsinin mübarizə rəmzi olan əsərdir. Uşaq kitabı olaraq yazılmışdı, amma içərisində böyüklərə yol göstərən, işıq tutacaq mesajlar vardır. “Balaca qara balıq” hələ Türkiyəmizdə ən çox oxunan, ən çox satılan uşaq kitablarındandır. 20-dən artıq nəşriyyat tərəfindən çap edilib oxucuya çatdırılmışdır.
“İran Hizbullah zindanında” kitabında sayın Eluca Atalı molla rejiminin bilinməyən iç üzünü də ortaya qoyur. 1979-1988-ci illərində zahirdə din adı ilə verilən mücadilə uğurla sona çatmış və “İran İslam Respublikası” qurulmuşdur. Amma həqiqətdə yaşananların “islam” və “din” ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur.
Molla rejimi zor üzərində qurulan despotik bir idarəçilikdir. Dünyaya din, inanc, məzhəb istehsal edən rejim soydaşlarımıza qarşı, islama, inama və insanlığa qarşı olan ifrat qəddarlıq, işgəncə tətbiq edir. Gənc qızlar və qadınlar uydurulmuş günahlarla tutuqlanaraq, müxtəlif işgəncələrə məruz qalırlar, ardından bir heç uğrunda edam edilməkdədilər. Hələ o edam müddətində yaşananlar... Molla və rejim əsgərlərinin (inqilab keşikçiləri, sepah, bəsici, ETTELAAT nümayəndələri) gənc qızlarımıza qarşı insanlıqdan kənar, əxlaqsız hərəkətləri... Qələmin anlatmaq üçün yetərsiz qaldığı alçaqca davranışlar...
Romanlar əslində tarix kitabı deyildir. Bir mövzunu, hadisəni və ya zamanı təsvir edən, fantaziya ilə zənginləşdirən ədəbi əsərləridir. Fəqət, “İran Hizbullah zindanında” roman olmaq baxımından yaxın tariximizə işıq tutan güclü bir əsərdir. Yaşanan, amma yazılmayan, bilinən, amma anlatılmayan gerçəklərdən bəhs edir. Bu yönü ilə dünya ədəbiyyat tarixində yer tutacaq, klassik əsərlər arasında haqq etdiyi yeri mütləq alacaqdı.
Azərbaycanımızın güneyi və quzeyinin bütöv olacağı günlər çox uzaqda deyildir. Verilən bütün bu mücadilə bir gün mütləq başarıyla başa çatacaq və Türk Dünyasının yeni dirçəlişi Azərbaycan torpaqlarında gerçəkləşəcək.
Yetər ki, bizlər böyük türk düşüncə sahibi Hacı Bektaş Vəlinin söylədiyi kimi “Bir olaq, iri olaq, diri olaq!”
Çünki türklük davasının öndər savaşçısı “Əmr olunduğu kimi büsbütün doğru olan”, büsbütün danışan və büsbütün yazan Hüseyin Nihal Atsız bizlərə müjdə vermişdir:
“Könlündəki yaraların qanını dindir, yüzdə yüz türk olduğun gün cahan sənindir!”
29.03.2026 – İstanbul