Eluca Atali
Editoryal
10 Mart 2026

İmamın qorxduğu ölü

Yazar Eluca Atali
Tüm Arşivi Gör

(II hissə)

Elə bu sapmalara görə, gözləmə məqamında olan hər hansı bir qüvvənin ortaya çıxmasından qorxur. Şəriəti dövləti ruhanilərə tapşırmağın əleyhinə idi, imamsa bilim adamlarını iş başından götürüb, dindarları yerləşdirdi. Şəriəti üçün savad əsas idi, imam üçün iman...   

      – Oğul, sən sualıma cavab vermədin...   

    İmam onun beynini silkələyəndə, Müntəziri: 

       – Yox, inanmıram! – dedi. 

     – İnanmamağa əsasın varmı?  

      – Qərb bilməmiş deyildi, Əli Şəriəti də imam kimi onun dövlət və idarəçilik quruluşunu, ideologiyasını yox, sadəcə, texnologiyasını qəbul edirdi.     

     – Onun peyda olmayacağından ötrü gətirdiyin dəlil budursa, mənim üçün tutarlı deyil. Qərb hakimiyyəti bizim əlimizdən almaqdan ötrü yüzlərlə şəriəti doğmağa hazırdır, onun məkrli vücudu şəriətilərə daim hamilədir. Sadəcə, məqamı gələndə doğar, kimsə ilə də məsləhətləşməz.    

      Müntəziri imamın fikrini təsdiq əlaməti olaraq üç dəfə başını sinə sinə endirib qaldırdı. Doğru nəticəyə etiraz edə bilməzdi, çünki qərb pəhləvi rejimini süquta uğratmaqdan ötrü on beş il imama hamilə qalıb, onu öz bətnində naz-nemətlə qidalandırmaqla yanaşı, həm də təhlükə sizliyini təmin etdi ki, tələskənlik edib vaxtından qabaq işıqlı dünyaya çıxıb onların zəhmətini batırmasın.    Şah İrandakı İslam İnqilabının qarşısını almaqdan ötrü Ceyms Karterə müraciət edəndə, “biz inqilabı saxlaya bilmərik, bu təbii hal kimi gəlir, amma gəlişini ləngidə bilərik”– dedi. Təbii, hamiləlik doğuşla nəticələnməli idi.    

      Varis imamın bugünkü qədər sual içində çabaladığını görməmişdi. Qərbin yeni hamiləlik dövrünün yeni şəriəti ilə başa çatacağı onun ca nına vəlvələ salmışdı, çünki imam yaxşı bilirdi, nə qərb, nə də Amerika onun idarəçiliyindən məmnun deyillər.    

      – Ağa, biz, bəlkə, vəziyyəti çox şişirdirik... 

     – Biz hər şeyə hazır olmalıyıq, əgər belə olmazsa, – əlini qaldırıb ba şına vurdu, – gözlənilməz zərbədən yıxılarıq.   

     – İngilislər “öz əcəli ilə öldü” yazdılar...    

    Varisinə mənalı-mənalı baxan imam asta səslə:    

     – İngilis bundan savayı nə deyəcəkdi? O açıq deməz ki, şah öldürdü?   

    “Və ya mollalar... – bunu Müntəziri düşündü, amma üzünə çökmüş çaşqınlığı imamdan gizlətməyə cəhd edərək, – “Bəs, onda kim?.. Bağlı qapı arxasında ölüb!” İngilis mətbuatının bayıra sızdırdığı məlumat bu dur, əlavə yalnız ölümün səbəbi kimi belə yazılmışdı: ürək tutmasından.     Şahın öldürdüyü güman olunur, çünki onun taxt-tacı üçün təhlükə idi, sosial bərabərlik istədiyindən monarx hakimiyyətinə qarşı dururdu. Onu ölkədən qovdu, lakin üstündən cəmi üç həftə keçməmiş qürbətdə öldü. Şahsa bu işdə əli olmayan birisi kimi ona dövlət səviyyəsində təmtə raqlı dəfn təşkil etməyi planlaşdırdı, cənazəsinin İrana gətirilib rəsmi dövlət mərasimi ilə dəfn olunması üçün sərəncam verdi. Məhəmmədrza Pəhləvi Əli Şəriətini rejimin tərəfdarı olan bir islahatçı lider kimi dəfn etməklə kütlənin gözündə özünü təmizə çıxarmaq istəyirdi. Guya onu ölkə üçün önəmli şəxs hesab edirdi... Buna uşaq da inanmaz, ona görə inan maz ki, əgər sevirdinsə, ölkədən niyə sürgün edirdin? Əgər sevirdinsə, on səkkiz ay tək adamlıq kamerada niyə saxlatdırırdın? Əgər sevirdinsə, niyə “heç bir universitetdə çalışmayacaq, nə İranda, nə də xaricdə heç bir yazı çap etdirməyəcək” deyib,  ideyalarını yaymağa izin vermirdin? Təkadam lıq kameradan fərqli olaraq kütlə içində onu həbsə məhkum etdin: hə yatının son iki ilini faktiki olaraq ev dustaqlığı şəraitində keçirtdi. Şahın cavabını isə ailəsi verdi, onun planlaşdırdığı dövlət səviyyəli matəmdən imtina edib, onun cəsədini Dəməşqə gətirərək heyran olduğu Həzrəti Zeynəbin türbəsi önündə dəfn etdilər.    

     Bəs, onda kim öldürüb? Bəlkə, imperialist qüvvələr? Çünki imam dan fərqli olaraq, o, Amerika ilə işbirliyinin əleyhinə idi. Amerikanın İrandan umduqlarını imam ona vəd etdi, belə olan halda onlar üçün hər mənada təhlükə olan Şəriətini niyə də meydandan götürməsinlər?   

    O da şahı yıxmaq istəyirdi, amma Amerika ilə yox, içəridəki kütlə ilə bunun öhdəsindən gələcəyinə əmin idi. Beyni ən güclü silah hesab edən, ölümü ilə indiki və keçmiş hakimiyyəti təşvişə salan sosioloq küt ləni arxasınca aparmaqdan ötrü “qırmızı şiəlik”, “sol islam” ideyalarını durmadan təbliğ edirdi.    

     Müntəziri başını qaldırıb imama zəndlə nəzər saldı, “Bəlkə, canini uzaqda axtarmayım? Nədən də olmasın? Amerikaya verdiyi üç vədi ye rinə yetirməyən adam, bəlkə də, Amerika ilə iş görməyəcək bir adamı aradan götürməklə özünü etibarlı nümayəndə kimi qələmə verib?    

    Suallar onu yorduğu an, Şəriətinin ölümündən iki saat sonra SAVAK-ın onun evinə girib axtarış aparması faktından da yan keçə bilmədi. Onları kim səfərbər etmişdi? Kim göndərmişdi İngiltərəyə? Əgər arada İran gizli polisinin ortaya çıxması varsa, o zaman məsələ qəlizləşir. Top diyirlənib yenə də Məhəmmədrza şahın qapısına vurulur. Yox, yox, tələs mə Müntəziri, səbir et, bəlkə də, fikri yayındırıb, şübhəni imamın üzərin dən götürməkdən ötrü Əli Şəriətinin vəfatından iki saat sonra SAVAK onun evini alt-üst edib axtarış apardı yazdılar.    

      Müntəziri özündən sordu: “Nədən bilirsən evi alt-üst edən SAVAK-dı? Qəzetlər yazdı!” – cavabını verdi öz sualına. Qəzetin yazdığı faktı kim yoxladı ki? Qonşular onların qapıdan sivişib qaçdıqları zaman öz aralarında fars dilində danışdıqlarını şahid kimi söyləmişdilər. Hə, nə olsun? Londonda yaşayan nə çox fars dilli, onları pulla muzdur tutub ölümün izini itirmək üçün meydana gətirmək nə çətin iş imiş?   

     Qələm tək ingilisin əlində deyil ki, o yazsın, dünya oxusun... Dünya nın digər qələm tutanları, bu olayın İran və Amerika təhlükəsizlik orqan larının son birgə ortaq əməliyyatı kimi tarixə düşdüyünü qeyd etdilər. 

     Bəlkə, bütün izləri itirməkdən ötrü Əli Şəriətini Məhəmmədrzanın öldürdüyü ilə şayiələri gündəmin əsas söhbəti etdilər. O isə özünü, əslində, hakimiyyətini və laxlayan taxtını qorumaqdan ötrü Qurana, peyğəmbərə and içib, aman etdi ki, əli qana batmayıb. Müntəziri imama ani nəzər salıb, şah versiyasının üzərində qalmaqdan ötrü bir əsas tapdı: siyasətçi üçün and içmək paltar dəyişmək kimi bir işdir. Vəd vermək də, həmçinin... Hııı... İşə bir bax, and içdi əlim qanda deyil, yəni, doğrudanmı, o güman etdi, sözbaz iranlıların buna inandığını? Üstündən az keçməmiş şah sarayının qalın divarlarından bayıra kəlmələr sızdı və düşünəndə anlamaq olurdu ki, o divarlar artıq çat verib: “Mən camaatın inqilaba getməsini əngəlləyəcəm, kütlə hələ də dərk etmir ki, inqilab onlara əvəzi ödənməz zərbə vuracaq...” Uzaqgörənliyə bir bax, inqilab olmamış nə ticəsi haqda proqnoz verir. Necə əngəlləyəcəksən inqilabı? Bir halda ki, çapan atın cilovu səndə deyil, çapar özü təyin edər onu hansı yolla sürər, hansı sürətlə sürər və harada bənd edər. Mehtər oğlu, bunu sənə deyən tapılmadı, çünki monarx hakimiyyətində kimsəni eşitmək yoxdur, sən sadəcə yerinə oğlunu hazırlayırdın. 

       Rusiya KQB-sinin adı işin içində hallanır, amma bütün əvvəlki ver siyaların içində ən zəifi kimi görünür. Zəif görünməsi “işin içində əli yoxdur” mənasına gəlmir, ustaca görülən işdə iz tapmaq zordur. ŞAH, İMAM, ŞƏRİƏTİ və ya monarx, din, şərqin yeni marksist ideologiyası!  Bəlkə, uzaqdan İranı idarə edənlər bu üçbucağın bir tərəfini qırmaq istəyiblər? Bəlkə, rus KQB-si Şəriətini aradan götürüb ki, suyu qəsdən bulandırıb rahat balıq tutsun? Qatışıq zamanda kommunistlərin İrandakı mövqeyini gücləndirsin, yəni gedişatdan özü üçün bəhrələnsin. Siyasət fürsət deyilmi?  SSRİ bütün sərhədlərində sosialist ölkələrini yaratmaqla oktyabr inqilabını daimi etmək istəmirdimi? Necə ki, indi imam bütün sərhəd ölkələrində Hizbullah qələbəsini təmin edib İslam İnqilabını əbədiləş dirməklə, özünü dini imperator elan etdirib, sərhədindəki bütün dövlətləri imperiyanın nökərləri səviyyəsinə salsın. Müntəziri bu yerdə acı-acı gülümsəyib, yenidən Əli Şəriətinin öldüyü və ya öldürüldüyü, bəlkə də, imamın düşündüyü kimi, qərbin gizlət məyə başladığı o gecəyə cumdu: “İşə bax a.., evindən yoxa çıxan nə olub, beş-on səhifəlik əlyazması. Buna kim inanar? Kimi azdırmaq istəyirlər? Kim sübut edər ki, gerçəkdən o gecə evdə axtarış olub və ya qəsdən belə yazırlar. Amma axtarış olub axı, evin əşyalarının dağıdılmış fotolarını ingilis mətbuatı yaymışdı. Hııı.., axtarışa bax bir! Guya evi özləri dağıdıb, şəkil çəkə bilməzlərmi, kütləvi mətbuat oxucusunu müəmmalı suallar içində azdırsınlar?   

     O, müəmmalı gecədən varisi bu dəfə imam dartıb öz ibadət otağına saldı: 

      – Biz “qara şiəliyə” üstünlük verdik.

     Bəli, Şerlok Holms kimi müəmmalı qətl aləminə girib, labirintə düşmüş Müntəzirini imam oradan qara şiəliyin adını çəkərək dartıb çıxartdı.   

      – Bəli, biz “qırmızı şiəliyi” İran üçün lüzumsuz bildik. – Müntəziri ixtiyarsız imamla həmfikir olmaqdan savayı yol görmədi.  

     – Ona görə biz qara şiəliyi seçdik ki, o hüzn dinidir. Qırmızı...    

     İmam qırmızı deyəndə, təbii, qırmızı şiəliyi nəzərdə tuturdu, varisi onun fikrini tamamlamağa tələsdi:   

    – Qırmızı şiəlik fədailərin dinidir! – dedi.  

     – Şəriətinin inqilabi şüarı bizim yolumuzu təyin edə bilməzdi.    

     Müntəziri təsdiqləmək məcburiyyətində olduğunu dərk etdi, əks halda imama qarşı duran bir fiqur kimi özünü qələmə vermiş olardı. O, bu təyindən çox ehtiyatlanırdı.    

      “Qara, yoxsa qırmızı şiəlik?” Müntəziri sualı belə qısa qoya bilərdi, amma oturub Sahibi Mehdini gözləmək, yoxsa özünün Sahibi Zaman olduğunu ortaya qoyması onu gəlmək, gözləmək və olmaq kimi felləri hərtərəfli təhlil etməyə vadar etdi.    

     (ardı var)

Eluca Atali

Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.

Tüm Makaleleri Görüntüle