Faşizm vicdanı itirmək deməkdir, özümü onların yerinə qoya bilməkdən ötrü ilk növbədə vicdan yükündən azad olmalıyam.
Vicdan yükdürmü, yoxsa insanın əməllərini ölçən daxili ölçü vahidi?
20 iyun, 1988-ci il
Fatmanın gündəliyindən
Nədən qorxmalıyam?
İtirməkdən?
Nəyi itirməkdən?
O adamlar qorxmalıdırlar ki, itirməyə nələrisə var, mənim itirəcəyim quru bədənimdir. İmam Xomeyni ağa demədimi: “Camaat inqilabın ye- midir. İdeyamızın gerçəkləşməsindən ötrü onları qurban vermək fəlakət deyil”. Onun “camaat” dediyi kütlə bir rəhbərin ideyasının qurbanlığıdır, o cümlədən də mən. İnqilab üçün böyük arzu ilə yaşayan qız və ya oğlan yoxdur. İnqilab üçün yalnız onun alışmasından ötrü gənc oğlan və qızların od püskürən ağzı var, meydana atılıb bağırmağa yarayan. Bu yolda minlərin, milyonların ölümü məqbuldur, təki inqilab alovu sönməsin, təki inqilab müəllifi öz ideyasını gerçəkləşdirsin. Əgər o ideya xəstə beyinin məhsulu olsa belə, yenə yaratmaq eşqi ilə alışıb-yanan enerjili gənclik bu inqilab üçün xərclənməlidir. Kütlə inqilabın fanatikidir, o üzdən bu yolda qurbana çevriləcəyini düşünmür. Məcnun Leylinin uğrunda ölməyi fəlakət saymırdı, zənn edirəm, inqilab aşiqləri də öz ideyalarının Məcnununa çevrilmişlər. Təəssüf, bu yolun səhv olduğunu düşünməyərək...
Təəssüf, düşünmürlər, düşünsəydilər inqilaba qədər problemlərini doğru yöndə həll edərdilər.
İnqilab fanatiklərini bəlağətli nitqli, xarizmalı şəxs necə hipnoz edirsə, onlar inqilabdan savayı çıxış yolu görmədiklərindən “hər şey sabahımız naminə!” – deyib, sel kimi qabaqlarına keçəni vurub yıxaraq irəli gedirlər.
23 avqust, 1988-ci il
Fatmanın gündəliyindən
Həyat insanla çox dildə danışır, onun dilini bilməsən, anlamaz yaşa yarsan.
Zindan – həyatla ölüm arasında bir nöqtədir, burda sənin iradəndən asılı olan heç nə yoxdur. Təyinolunma var! Sənin taleyinin necəliyini və əsasən də, necə, nə zaman bitəcəyini səndən asılı olmayaraq müəyyən edirlər.
Zindanda hər şey gözlənilməzdir, həm də gözlənilməz olduğu dərə cədə GÖZLƏNİLƏNDİR!
31 avqust, 1988-ci il
Fatmanın gündəliyindən
Azadlığın yolu düşüncədən keçir
Hər qaranlıq gecənin bətnində bir aydın səhər var. İnsanı qırılmağa qoymayan o gələcək sabahı ümidlə gözləməkdir.
Filosof Asif Ata azadlığı ruhani varlıq kimi insanın təsdiqi, əsarəti isə ruhani varlıq olan insanın inkarı sayır. İnsanı azadlıqla ölçən filosofun bu ölçüsünü şəfaxanada qəbul edən neçə nəfər var? Azadlığın ölçü vahidini əlimizə alıb birbəbir məhbusları süzgəcdən keçirək. Hər kəs ilk növbədə zindandan bayırda olmağa üstünlük verəcək, inanaq ki, bu arzusunu dəli bir çılğınlıqla dilinə gətirəcək, başındakı tükündən tutmuş ayaq barma ğının ucuna qədər bədən dili ilə bunu bizə anladar. Lakin bu məhbuslardan kimsə azadlığın tələbinə mütləq mənada hazırdırmı?
“Azadlıqda ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik şəklində aşkara çıxır”. Bəs, hər kəsin azad olmaq istəyinə necə baxaq? Azadlıq insanın ibtidai tələbidir, çünki bu tələb onun insanlıq haqqın dan doğur. İslam İnqilabından sonra yaranan qanunlarsa inqilabı qoru maqdan ötrü Hizbullahın cəmiyyətdə tətbiq etdiyi hüquq normasıdır. Zindanın içindəkilər mövcud qanunların qoruyucusu olmaq arzusunda deyillər, onu inkar edirlər. Fitri olaraq öz haqlarının olduğunu dərk edirlər, onu qazanmaq, reallıqda görmək xəyalındadırlar.
”Qanlı orkestr” kitabından
– Diz çök, dua et, qızım! – yalvarıcı tərzdə rica etdi.
İndicə qərar çıxarmamışdımı ki, azad olmaqdan ötrü zaman daxili bütün divarı, çərçivəni vurub yıxmalıdır, baxmayaraq, zindanda bir mismarı, nəinki sındırmaq, heç əymək belə mümkünsüz idi. Ən əsası qərarlı idi: özündən savayı kimsə onu xilas etməyə qadir deyil.
– Kimə dua edim?!
– Allaha!
– Niyə dua edim?
– Səni əfv etməsi üçün yalvar!
– O məni eşidəcək?
– Əlbəttə!
– Bəs, o görmür ki, mən günahsızam?
– Günahsız olduğunu ona xatırlat!
O, həvəssiz-həvəssiz daş döşəməyə dizlərini söykəyib, vodka alver çisinin xatirinə dəymək istəmədiyindən əllərini açıb, gözlərinin bərabə- rində tutdu. Allahın hüzurunda ittihamlarını səsləndirməyə özünü hazırladı:
– Mənim günahsız olduğumu gördüyün halda ədalətsizliyə necə dözürsən? – deyib, qəfildən ayağa qalxdı. Vodka alverçisinin onu nəzərləri ilə izlədiyini hiss edib:
– İşgəncə otağının üzərinə “Allahı çağırmayın, o burada yoxdur!” yazılıb.
”Qanlı orkestr” kitabından
– Ağeyi Lenin, axı sən özxoşuna gedənə oxşamırsan...
– Getmək? Nıç... Nə düşünürsən, top-tüfənglə gələn, xoşlamaqla gedər?
– Getməz... – İmamın cavabı bu qədər qısa oldu.
İmamla söz güləşdirməklə tək zamanı yox, tutduğu yeri də itirəcəyindən qorxuya düşən oktyabr inqilabının müəllifi səsinə mülayimlik qatıb, onu hiyləgər nəzərlərlə süzüb, savaş taktikasını və fəndini dəyiş mək məcburiyyətində qaldı:
– Yoldaş imam, bu meydana sən də kitabınla gəlmisən, mən də.
İmam Xomeyniyə yalnız deyilənləri başı ilə təsdiqləmək qalırdı.
– Qoy səninkini də oxusunlar, mənimkini də. Beyinləri hansını qavrasa, o yolu tutub gedərlər.
Leninin ağıllı və demokratik təkliflərinin arxasında, həm də humanizm dayanırdı. Lakin imam saqqalı ələ verən kişilərdən deyildi. O yaxşı bilirdi, kommunistlər şirin dillə kobranı yuvasından çıxarmağa qadir olduqları halda, imamı da bir göz qırpımında Bakısız qoymağa qadirdilər. Dərin düşüncəyə qərq olub, handan-hana dodağını-dodağından ayırdı.
– Təklifin ağlabatandır, ageyi Lenin. Seçim etmədən və ya ikisindən də imtina etmədən eyni zamanda oxumaq istəsələr necə olacaq?
– Bu lap yaxşı olar, o zaman beyinlərində milli ideologiyaya yer qalmaz.
Oktyabr inqilabı banisinin cavabı İslam İnqilabının müəllifini necə qane etdisə, özündən bixəbər qollarını açıb əzəmətli qraniti qucaqladı.
– Ağeyi Lenin, bununla da biz sübut edəcəyik ki, siyasət meydanında kimsə kimsəni vurmasa, rahat yaşaya bilər.
– Yoldaş imam, haqlısınız, biz humanizm əsasında ideoloji cəbhə açırıq.
”Həyatı tabutda axtaranlar” kitabından
Eluca Atali
Toplumsal analizleri ve özgün bakış açısıyla ajansımızın vizyoner kalemlerinden biri.
Tüm Makaleleri Görüntüle