Eluca Atali
  1. Haberler
  2. Yazarlar
  3. Asif Ata əsərlərindən seçmələr

Asif Ata əsərlərindən seçmələr

featured
Paylaş

Bu Yazıyı Paylaş

veya linki kopyala

Yurdçuluq – Müqəddəsləşən Torpaq, Müqəddəsləşən Aqibət, Müqəddəsləşən Xalq deməkdir. Bunların üçünün birliyi deməkdir. Yəni Yurd Göylüyündə torpaq özünün Ruhani ucalığına yüksəlir.

Bütövlüyə Yetmək üçün Kamillik Tələb olunur.
Bütövləşmək üçün Kamilləşmək gərək.

Xəyal İdrakla bağlı olmayanda cəfəngiyyat əsarətinə düşür.

Xəyal İdrakla bağlı olanda Həqiqət Azadlığına yetir.

Daxili Aləm Bütövlüyünü itirəndə cəfəngiyyata qapılır.
Daxili Aləm Bütöv olanda Həqiqətə çatır.

Fərəh üzdə deyil daxildən gəlməlidir.
O köpük deyil, dənizin özüdür!

Duyğular da axır, çay da. Duyğular özündən özünə axır, çay özündən özgəyə. Fərq budur.

Kədərimiz: Bəşərin məxluq vəziyyəti, adam vəziyyəti.
Fərəhimiz: Bəşərin insan olmaq imkanı.
Kədər Fərəhimizi zənginləşdirir.

Gerçəklik İmkanı — natam İmkandır: İnsanın Bütöv İmkana — Mahiyyət İmkanına Yetmək İmkanı Var — Hünər və Müdriklik tələb edən.

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Medyabir Haber Ajansı ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!

KAI ile Haber Hakkında Sohbet