Bəşər bizi damla-damla öyrənəcək, içəcək
— Müqəddəs Ataya Ali Səcdə!
— Səcdəniz ucadır!
— Müqəddəs Ata, məqsədimiz bir sıra məsələlərə Atanın qiymətini bilməkdir. İlk sual belədir: nəsrə Ata qiyməti. Hekayə janrını Ata necə dəyərləndirir?
— Mən nəsrlə şeir arasında təzad görmürəm. Nəsr hadisələr, yaxud hadisə şeiriyyətidir. Şeiriyyətdən məhrum olan nəsr əsəri tanımıram.
Hekayənin başqalarından fərqi ondan ibarətdir ki, o, bir neçə qısa hadisə və hadisələr şeiriyyətidir. Hekayə ilə roman arasında fərq görmürəm.
— Təmsil haqda Ata fikri…
— Təmsil satira janrıdır. Mən onun bir növünü bəyənirəm: kədərli satiranı. Bunun Azərbaycanda iki böyük nümayəndəsi var: Sabir və Mirzə Cəlil.
O satiranı sevirəm ki, orada kədər olsun. Ümumiyyətlə, satiranı zirvə hesab eləmirəm. Təmsil onun bir növüdür, həyat hadisələridir: insanın tülküləşməsi, ilanlaşması… Bu janrın Fransada Lafonten, Rusiyada Krılov kimi nümayəndələri olub. Bizdə yoxdur. Deyə bilmərəm var, ya yox, ola bilsin balacalar var. Məsələ o deyil ki, adamın tülkülüyünü, ilanlığını göstərəsən. Məsələ odur ki, tülkünün, ilanın adamlığını göstər. Bu işdə filosofluq gərək olur.
— Bəs Atamız povest janrını necə dəyərləndirir?
— Povest romanla hekayə arasında olan bir janardır. Romanda bir ölkənin, hər hansı bir yerin mənzərəsi təsvir olunur. Povestdə İnsan həyatının mühüm, əhəmiyyətli halı təsvir edilir. Povesti kiçik roman adlandırmaq düzgün deyil. Mən istəyərdim ki, bu söz öz dilimizə tərcümə olunsun.
— Ocaq romanı haqda Ata fikri.
— Deməli, bizimki başqa roman olacaq. Fəlsəfə ilə dolu, şeiriyyətlə dolu məna romanı olacaq. Yəqin ki, bizim öz romançımız yaranacaq. Hadisəçilik ləğv olunacaq. Vicdan, təmənnasızlıq romanı yaranacaq. Bəşər bizi damla-damla öyrənəcək, içəcək. Bəlkə də romanın adı “Ocaq romanı” olacaq. Ocaqdan kənarda sabah yoxdur. Elə bir sabah yaransa da bugün olacaq.
- Atamız var olsun!
- Qaranlıqlar yarılsın!
Yükümüzdən böyük fərəhimiz yoxdur!